YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Toyda bunu edənlər cərimələnə bilər — Xəbərdarlıq

Toyda bunu edənlər cərimələnə bilər — Xəbərdarlıq

Toy mərasimlərində və digər şənliklərdə atəşfəşanlıq təşkil etmək, fişəng və müxtəlif pirotexniki vasitələrdən istifadə etmək geniş yayılmış hallardandır. Xüsusilə şadlıq saraylarının qarşısında keçirilən belə nümayişlər bəzən ətrafdakı sakinlərin narahatlığına, səs-küyə və təhlükəsizlik risklərinə səbəb olur.

Bəs toy məclislərində atəşfəşanlıq təşkil etmək qanunla qadağandırmı? Şadlıq saraylarının qarşısında fişəng və digər pirotexniki vasitələrdən istifadə etmək üçün xüsusi icazə tələb olunurmu? Qaydaları pozan şəxsləri hansı cərimə və hüquqi məsuliyyət gözləyir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil Ruslan Mustafazadə bildirib pirotexniki vasitələrin, yəni fişəng və digər atəşfəşanlıq məhsullarının satışı qanunla məhdudlaşdırılır.

Toyda bunu edənlər cərimələnə bilər — Xəbərdarlıq

Onun sözlərinə görə, pirotexniki vasitələrin satışı yalnız müvafiq icazəsi olan şəxslər tərəfindən həyata keçirilə bilər:

"Toy mərasimlərində atəşfəşanlığı təşkil edən şəxslərin və şadlıq sarayı rəhbərliyinin bu vasitələrin haradan əldə edildiyini müəyyənləşdirməsi vacibdir. Eyni zamanda, pirotexniki vasitələrdən yalnız müvafiq lisenziyaya və bu sahədə xüsusi bilik və bacarıqlara malik şəxslər istifadə edə bilərlər.

Bundan başqa, toy mərasimlərində atəşfəşanlığın təşkili ilə bağlı digər məhdudiyyətlər də mövcuddur. Belə ki, gecə saat 23:00-dan sonra insanların istirahətinin və əmin-amanlığının təmin edilməsi məqsədilə səs-küy yaradılması qadağandır. Atəşfəşanlıq isə adətən gecə saatlarında keçirildiyindən yüksək səs-küyə səbəb olur və ətrafda yaşayan sakinlərin istirahət hüququnu poza bilər.

Pirotexniki vasitələrdən müvafiq icazə olmadan və təhlükəsizlik qaydalarına riayət edilmədən istifadə olunması şadlıq sarayının rəhbərliyinin, toy mərasimini təşkil edən və həmin vasitələri gətirən şəxslərin cərimələnməsi ilə nəticələnə bilər. Bundan əlavə, səs-küy normalarının pozulmasına görə də ayrıca məsuliyyət yarana bilər".

Nuray Paşşanlı