Antiterror əməliyyatları Azərbaycanın separatizmə vurduğu ölümcül zərbədir — Politoloq

GÜNDƏM 18 sentyabr 2024, 15:48
19 sentyabr 2023-ci il antiterror əməliyyatları Azərbaycanın separatizmə vurduğu ölümcül zərbə idi. Beynəlxalq hüquqdan, insan haqlarından dəm vuran, danışan böyük dövlətlər təəssüflər olsun ki, separatçılığı, torpaq işğalını, istismarı siyasət halına gətirərək Cənubi Qafqaz regionunda sabitliyi sabotaj etmək üçün Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal faktoruna göz yumdular. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, Ermənistanın işğalçılığı həm də paralel olaraq Ermənistanın çox vektorlu dövlət terrorları və cinayətləri ilə davam etdi:

“Azərbaycan ötən il Xankəndidə antiterror əməliyyatı keçirərək böyük bir tarix daha yazdı. Onsuz da biz 2020-ci ildə 44 günlük Vətən müharibəsində o şanlı tarixi  yazaraq torpaqlarımızı işğaldan azad etmişdik. Ötən il isə Xankəndi və ətrafından tam separatçı terrorçuları  təmizlədik. Qarabağa müvəqqəti daxil olan Rus sülhməramlıları ərazilərimizi tərk etdi və beləliklə  Azərbaycanın nə qədər mükəmməl, güclü və möhtəşəm ölkə olduğu ortaya çıxdı. Təbii ki, antiterror əməliyyatlarından keçən dövr ərzində Azərbaycanın regionda yaratdığı  yeni reallığı həzm etmək istəməyən ermənipərəst qüvvələr Azərbaycana  qarşı dezinformasiya  hücumlarının sayını da çoxaltmağa çalışdılar. Və ölkəmiz əleyhinə ağlasığmaz kampaniyaları həyata keçirdilər. Baş verən bütün hadisələr Ermənistan və ermənipərəst qüvvələrə bir daha  göstərdi ki, Azərbaycanın yaratdığı reallığı həzm etmək məcburiyyətindədirlər. Bu gün Ermənistanın qarşısında antiterror əməliyyatlarından sonra real sülh üçün çox böyük imkanlar yaranıb. Əgər Ermənistan hakimiyyəti rasional davranıb, ağlını başına yığsa, həqiqətən də sülh müqaviləsi imzalayıb, bölgədə formalaşacaq yeni imkanlardan da yararlana biləcək”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top