"İran İslam Respublikası özünün xarici siyasətdəki uğursuzluğunu, xüsusən də Suriyadakı siyasi, hərbi və ideoloji məğlubiyyətini Tehranın molla rejim tərəfdarlarına izah edə bilmir. Hətta, İran radio və televiziyasında Suriyadakı ağır məğlubiyyətdən açıq danışırlar. İqtisadi cəhətdən ağır vəziyyətdə olan İran xalqı İslam Respublikasının Suriyada 13 il döyüşməsinin, 6 min insanı qətlə yetirməsinin, 50 milyard dollar xərcləyib və nəhayət, biabırçı şəkildə Suriyadan qovulmasının səbəblərini bilmək istəyir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Güney Azərbaycan hərəkatı üzrə ekspert, Fransada fəaliyyət göstərən Azərbaycan İnsan Haqları Müdafiə Cəmiyyətinin həmsədri Maşallah Rəmzi deyib.
O bildirib ki, Suriyadan qayıdan komandirlər İslam İnqilabının müsəlman ölkələrinə ixracı siyasətinin iflasa uğradığını dilə gətirirlər və İslam Respublikasının rəhbərini dünya ilə düşmənçiliyi dayandırmağa çağırırlar:
"Həmin komandirlər Türkiyənin Suriyada qalib gəldiyini və bölgədə hakim gücə çevrildiyini deyirlər. Onlar düşünürlər ki, məsələ bununla bitməyəcək. Türkiyənin Qafqazda da İslam Respublikasını məğlub edəcəyi, Zəngəzur dəhlizini açmaqla Türk dünyasını birləşdirib İranı geosiyasi sıxıntıya salacağı ehtimalı yüksəkdir. Belə şəraitdə fundamentalist və paniranist qruplaşmaların Türkiyə və Azərbaycana qarşı zəhərli təbliğatı daha da güclənir. Bu səbəbdən də tarixi Azərbaycan əyalətlərində də Çaldran şəhidlərinin anılması böyük mərasimə çevrilir".
Maşallah Rəmzi qeyd edib ki, Azərbaycan Prezidentinin Ərdəbilin Cümə İmamının işdən çıxarılmasını tələb etdiyi çıxışından sonra bu məsələ ilə bağlı İranın fraksiyaları arasında fikir ayrılıqları mətbuata çıxarılır:
"Bununla da islahatçılar fraksiyası fundamentalist fraksiyanın məddahlar vasitəsilə onlara göstərdiyi təzyiqləri bir-bir xatırlatmaq fürsəti əldə edib. Onlar deyirlər ki, hökumət Ərdəbilin Cümə İmamını vəzifəsindən uzaqlaşdırsa, bu, İslam Respublikası üçün rüsvayçılıq olar. Etməsə, Azərbaycan Respublikası ilə münasibətlərin korlanmasına səbəb olar və siyasi böhran yarada bilər".
Həmsədr deyib ki, artıq İranda jurnalistlər də İslam Respublikası rəhbərini məddahların siyasətə müdaxiləsinin qarşısını almağa çağırırlar:
"Çünki onların ədəbsizliyinin nəticələri qonşu ölkələrlə münasibətlərə xələl gətirəcək.
İndiyədək məddahlar Əli Xamenei baxışlarına qarşı olan olan hər kəsi ölüm və məhv edilməklə hədələyiblər. Əli Xamenei öz məddahları vasitəsilə hökumət daxilindəki rəqiblərini gözdən salırdı. İranın Suriyadakı biabırçı məğlubiyyətindən sonra isə Əli Xamenei çox zəif vəziyyətdədir və molla rejimi daxilindəki müxaliflər ali dini liderin daxili və xarici siyasətini açıq şəkildə tənqid edirlər. Halbuki, son vaxtlara qədər ali dini lideri tənqid etmək siyasi cinayət sayılırdı, onun baxışlarını tənqid edən insanlar həbsxanaya atılırdı.
Məhəmməd Xatəmi hökumətində daxili işlər nazirinin müavini və hazırda tənqidi mövqelərinə görə həbsdə olan Mustafa Taczadə izahlı açıq məktub dərc edib. O, məktubunun sonunda Qum ağsaqqallarından xahiş edir ki, ali dini lideri tutduğu vəzifəsindən getməyə məcbur etsinlər. Əgər Əli Xamenei istefa verməzsə, onu qanuni yollarla vəzifəsindən uzaqlaşdırsınlar".
Əfsanə Kamal
Demokrat.az