Deputat: "Məktəblərə şəhid adlarının verilməsi doğru deyil"

GÜNDƏM 17 sentyabr 2025, 12:19
"Məktəblərin sayı şəhidlərimizin sayı ilə uyğun gəlmir. Əvvəllər də bəzi məktəblərə şəhidlərin adları verilib. Məsələn, bəzi kəndlərdə məktəblər şəhidlərin adına adlandırılıb. Amma elə hallar var ki, bir kənddə cəmi bir məktəb var, amma 15–19 şəhid olub. Onda necə olacaq?".

Bunu Demokrat.az-a açıqlamasında deputat Aqil Abbas deyib.

O, bildirib ki, belə məqamlarda şəhidlərin adlarını əbədiləşdirmək üçün alternativ yollar düşünmək olar:

"Şəhid adına küçələrin, parkların abadlaşdırılması, bulaqların çəkilməsi və ya digər memorial obyektlərin yaradılması kimi şeylər etmək olar. Şəhidlərin adlarının əbədiləşdirilməsi hamımızın istəyidir. Amma məsələyə realist yanaşmaq da lazımdır. Məsələn, Ağcabədinin Hindarx qəsəbəsində 3 məktəb var, amma 44 şəhid. Belə vəziyyətdə məktəblərin adlandırılması məsələsi kifayət qədər çətinləşir".

Deputatın sözlərinə görə, bir müddət bu mövzu gündəmdən çıxsa da, indi yenidən müzakirə olunur.

Qeyd edək ki, Milli Məclisdə məktəblərə şəhid adlarnın verilməsi məsələsi müzakirə olunur.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2025, 12:26
Top