“Təhsil naziri xaricdə təhsil proqramı ilə bağlı şərtlərin çətinləşəcəyini bildirib. Bu qərarın səbəbləri arasında dövlətin maliyyə yükünün azaldılması, daha güclü namizədlərin seçilməsi, beyin axınının qarşısının alınması və gənclərin ölkəyə qayıdaraq ixtisaslı mütəxəssis kimi fəaliyyət göstərməsi göstərilir".
Bunu Demokrat.az-a açıqlama təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
O, bildirib ki, şərtlərin sərtləşdirilməsi nəticəsində dövlət hesabına xaricdə oxuyanların sayı azalacaq:
"Amma tələbələr şəxsi vəsait və müxtəlif təqaüdlər hesabına təhsillərini davam etdirməyə çalışacaqlar. Bu isə həm sosial ədalət baxımından müzakirələr yarada, həm də yerli universitetlərin inkişafına təkan verə bilər".
Ekspert bildirib ki, əgər balanslı tətbiq olunarsa, ölkəyə keyfiyyətli kadrların qayıtmasını təmin edəcək:
"Amma çox sərt şərtlər gənclərin xaricdə qalma riskini artıra bilər".
Qeyd edək ki, nazir Emin Əmrullayev bildirib ki, xaricdə təhsil üzrə dövlət proqramı üçün qəbul prosesinin daha da çətinləşdiriləcəyi düşünülür.
Əfsanə Kamal
Demokrat.az