YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial

Yoldaşını və qızını ağır qəzada itirən qadının vəziyyəti açıqlandı - FOTO

Yoldaşını və qızını ağır qəzada itirən qadının vəziyyəti açıqlandı - FOTO

Qazaxda avtomobil qəzası zamanı ağır xəsarət alan qadının müalicəsi davam edir.

Qazax rayon, Kəmərli kənd sakini Türkan Mahir qızı Dərgahquliyevanın vəziyyəti ağır olaraq qalır və onun müalicəsi Qazax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, Qazax rayonunun Aslanbəyli-Kəmərli avtomobil yolunda "Tofaş" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində qadının həyat yoldaşı Sənan Hüseyn oğlu Dərgahquliyev və 6 yaşlı qızı, həmçinin baldızının 6 yaşlı oğlu dünyasını dəyişib.

Yoldaşını və qızını ağır qəzada itirən qadının vəziyyəti açıqlandı - Foto

Hadisə nəticəsində "Opel" markalı avtomobilin sürücüsü İttifaq İkram oğlu Müssədirov da aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.(oxu.az)

Yoldaşını və qızını ağır qəzada itirən qadının vəziyyəti açıqlandı - FOTO

NE
Nihadə Eyyubova