YapiKredi Müraciət Forması
Mazda CX-5
Mədəniyyət

"Ailələrin dağılmasının əsas səbəbkarı qayınanalardır" - VİDEO

Ailələrin dağılmasının əsas səbəbkarı qayınanalardır - VİDEO

Xalq şairi, "Şərəf" ordenli Vahid Əziz ailələrin dağılmasının səbəblərindən danışıb.

Şair bu barədə ASAN TV-yə müsahibəsində fikirlərini bölüşüb. Vahid Əziz hesab edir ki, yeni ailə quran cütlüklər valideynlərindən ayrı yaşamalıdırlar. Onun sözlərinə görə, qayınana və qayınataların ailənin daxili işlərinə müdaxiləsi münasibətlərə mənfi təsir göstərir:

"Mənə elə gəlir ki, evlənənlər ailədən uzaq olsunlar. Həm qız, həm oğlan ata-ana evindən nə qədər uzaq yaşasalar, ailələri bir o qədər möhkəm olar. Ailələrin dağılmasının əsas səbəbkarı qayınanalar, valideynlər olur. Hər işə qarışırlar. Cavan ailədir də... Uşaq yıxılır, baba-nənənin ürəyi yanır, ata-ananın vecinə deyil. Bir-iki dəfə, axırda deyir ki, bəsdir. Ailələrin möhkəm olması üçün ayrı qalsınlar. Valideynlər ailənin daxili işinə az qarışsa, daha möhkəm olar.

Atanı, ananı çox istəyirsənsə, evləndiyin qızın ata-anasını söymə. Öz doğmalarını çox istəyirsənsə, qızın da ailəsini təhqir etmə. Qız da öz valideynlərini çox istəyirsə, evləndiyi oğlanın qohumlarını lağa qoymasın".(axşam.az)

NE
Nihadə Eyyubova