Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu il ölkəmizdə referendum seçkilərinin keçirilməsi gözlənilir.
Bu il referendum keçirilərsə, Azərbaycan Konstitusiyasında hansı dəyişikliklər ola bilər?
Mövzu ilə bağlı Ağ Partiyanın rəhbəri Tural Abbaslı Demokrat.az-a açıqlamasında bildirib ki, bu qərar simvolik məna daşıyır:
“Bu il həm Konstitusiya qəbulunun 30 illiyi, həm də İkinci Qarabağ müharibəsinin zəfərinin beşinci ilidir. Ona görə də belə bir qərar verildi ki, 2025-ci ildə həm suverenlik, həm də Konstitusiya ili qəbul olunsun. Məncə, bunun simvolik mənası da var. Belə illərin qeyd olunması məncə dövlətçilik üçün də mənəvi baxımdan lazımlıdır.
Referendum məsələsinə gəldikdə isə artıq 3 ildən çoxdur ki, Konstitusiyanın dəyişilməsi ilə bağlı söhbətlər gedir. Demək olar ki, ictimai-siyasi xadimlər bununla bağlı platformalarda öz fikirlərini bildiriblər. Bu zamanın tələbidir əslində. Zaman-zaman bəzi ölkələrdə əsas qanunvericilik sənədi olan Kontitusiyalarda dəyişikliklər olur. Azərbaycanda da bir neçə dəfə müəyyən maddələr dəyişdirilib.
Düşünürəm ki, Azərbaycanda da buna ehtiyac var. Ən azından parlamentin say tərkibinin artırılmasına ehtiyac var. Əhalimizin sayı da artıb. Çünki əhalinin sayı 7 milyon olan zaman 125 deputatla artıq 10 milyona kifayət deyil”.
T.Abbaslı proporsional seçki sisteminin bərpası önəmli olduğunu da qeyd edib:
“Çünki çox partiyalı sistemin yaşaması üçün, ümumiyyətlə siyasi camianın ayaqda qala bilməsi üçün, peşəkar siyasi münasibətlər sisteminin formalaşması üçün propersional sistem əvəzolunmazdır.
Nəzər salsaq görərik ki, dünyada çox az sayda ölkə majoritar sistemdə seçki keçirir. Cənubi Qafqazda isə bu seçkini keçirən ölkə təkcə bizik.
Bundan əlavə düşünürəm ki, Naxçıvanın da artıq Muxtar Respublika statusu özü əhəmiyyətini itirib. Konstitusiyanın əsas maddələrindən biri olan Azərbaycan dövlətinin formasının unitar dövlət olduğu qeyd olunub. Unitar dövlətlərdə muxtar respublikalar, federasiyalar olmur.
Düşünürəm ki, Naxçıvan Muxtar Respublikasının da statusu ləğv olunmalıdır. İstənilən halda Konstitusiyanın dəyişdirilməsinə ehtiyac var. Bu dəyişiklik ictimai müzakirələrlə aparılmalıdır. Dəyişiklik ediləcək maddələr ən azı iki aydan öncə mediaya, siyasi partiyalara təqdim olunmalıdır. Sonra da təbii ki, referenduma çıxarılıb, məsələ qəbul olunmalıdır.
Ümid edirəm ki, bələdiyyə seçkilərindən sonra bu məsələyə başlamaq olar”.
Leyla Turan
Demokrat.az