Paytaxtda yerləşən oyuncaq mağazalarından birində çəkilən görüntü sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Müzakirə olunan isə gəlincikdir, daha doğrusu gəlinciyə “geyindirilən” qara don və hicab.
İlahiyyatçı Tural İrfanın məsələyə münasibətini öyrəndik. Onun sözlərinə görə, ümumiyyətlə, İslam dininə əsasən oyuncaq düzəldərkən, şəkil çəkərkən diqqətli olmaq buyurulur. T.İrfan Demokrat.az-a açıqlamasında deyib ki, bəzi alimlərə görə hətta canlı varlığın şəklini yaxud heykəlini düzəltməyə icazə verilmir:
Çünki Allahın yaratdığının bənzərini insan canlandırmağa qadir deyil. Habelə bütpərəstlik əlaməti olduğu üçün, insanların pərəstiş edə bilmə ehtimalına görə məsələyə bu cür yanaşılıb. Fərq etməz, başı açıq yaxud qara çarşabda gəlincik, ümumiyyətlə, oyuncaq alarkən diqqətli olmaq lazımdır. Bunu kim, hansı şirkət sifariş verib və hansı şirkət istehsal edib. Bir neçə il öncə rayonlarımızın birində ermənilər gəlinciyə partlayıcı quraşdırıb suya axıtmışdılar. Uşaq götürərkən partlamışdı və azyaşlı həyatını itirmişdi. İndi oyuncaqlar, əsasən, zəhərli və ziyanlı maddələrdən istehsal olunur, bu da uşaqların səhhətinə zərər verir. Bəzən də psixoloji təsir üçün yaxud hansısa təbliğat aləti kimi düşünülmüş şəkildə müxtəlif formalarda hazırlayırlar. Normal materialdan, ziyansız gəlinciklər, oyuncaqlar hazırlamaq qəbahət deyil, ancaq qara libasda olması dini dəyərlərin əleyhinədir və psixoloji cəhətdən uşaqlara bədbinlik, matəm aşılayır. Başı bağlı gəlincik olar. Nənələrimiz özü də hətta ateist Sovet dönəmində belə başlarına çalma çəkirdilər, analarımız milli geyimimizin tərkib hissəsi olaraq kəlağayı örtürdülər. Amma bu, qara rəngdə olmurdu. Necə ki, başı açıq, bəzən də qısa ətəkdə gəlinciklər hazırlanır, eləcə də hicablı gəlinciklər ola bilər. Necə ki, həm halal kolbasa var, həm də haram”.
İlahiyyatçı söyləyib ki, hər kəs inancına uyğun yeyə, geyinə bilər:
“Açıq-saçıq, şort geymək mümkün olduğu kimi örtülü geyinmək də normal olmalıdır. Heç kəsi məcbur etmək olmaz ki, soyun. Bu, Qərbin müsəlman ölkələrini özlərindəki kimi üryanlığa sövq etmə və Şərq əxlaqından uzaqlaşdırma cəhdidir ki, bütün müsəlman ölkələrində bunu azadlıq, müasirlik adı ilə sırıyırlar. Fəqət bununla yanaşı din pərdəsi altında, İslam adı altında çox xarici düşmənlər də var ki, dini atributları siyasət alətinə çevirib ölkəmizdə öz maraqlarını yeritmək istəyirlər. Hələ həddi buluğa çatmamış, bəlkə də orta məktəbə belə getməyən uşaqlara indidən bu cür təbliğatla təsir etmək doğru deyil. Bunu sifariş edib ölkəyə gətirən guya İslam dininə uyğun iş gördüyünü zənn edib bəlkə də. Amma unudub ki, ölkə tolerant və çoxkonfessiyalı ölkədir. Onda biri də gedib boynunda xaç olan gəlincik sifariş edə bilər, qiyməti də bundan ucuz və keyfiyyətli. Yaxud başında yəhudi araxçını olan oyuncaq sifariş edə bilər. Hələ həddi buluğa çatmayan uşaqların beynində çaşqınlıq yaratmaq lazım deyil. İnsan həddi buluğa çatır, daha sonra dinini, inancını müəyyən edir. Kənar təsirlər, məcburiyyət olmaz. Aidiyyəti qurumlar bu gəlincik məsələsinə açıqlama verməlidir. Kimin sifarişi ilə nə məqsədlə gətirilib və gizli hədəfləri nədir. Bu suallara cavab verilməlidir”.
Törə Zeynallı
Demokrat.az