Türkiyə ordusu Suriyada daha iki terrorçunu məhv etdi

REGİON 18 sentyabr 2024, 18:12
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı "Barış Pınarı" bölgəsində yeni əməliyyat keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının iki üzvü öldürülüb.

Nazirliyin açıqlamasında terrorçulara qarşı mübarizənin ardıcıl qaydada davam etdiriləcəyi bildirilib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top