KTMT-nin təlimləri bu ölkələrdə keçiriləcək

DÜNYA 18 sentyabr 2024, 18:46
Sentyabrın 26-dan oktyabrın 7-dək Qazaxıstanda KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri “Sarsılmaz Qardaşlıq-2024” komanda qərargah təlimi keçirəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

“2024-cü il sentyabrın 26-dan oktyabrın 7-dək Almatı vilayətindəki Bereq poliqonunun bazasında KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri “Sarsılmaz Qardaşlıq-2024” komanda-qərargah təliminin keçirilməsini planlaşdırır”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, döyüş hazırlığı tapşırıqlarını yerinə yetirmək üçün sentyabrın 18-dən Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan hərbi kontingentlər manevr yerinə gəlməyə başlayacaq.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top