YapiKredi Müraciət Forması
Dünya Özəl

Türkiyədə tender saxtakarlığı: Bələdiyyə sədri və oğlu saxlanıldı

Türkiyədə tender saxtakarlığı: Bələdiyyə sədri və oğlu saxlanıldı

Türkiyənin Muğla vilayətində rüşvət və dövlət tenderlərində saxtakarlıq iddiaları ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib. Araşdırma çərçivəsində Milas bələdiyyəsinin sədri Fevzi Topuz və onun oğlu Doruk Topuz da daxil olmaqla, 35 şübhəli barəsində saxlanılma qərarı verilib.

Demokrat.az xəbər verir ki, "TRT Haber"in məlumatına görə, Türkiyənin 13 vilayətində eyni vaxtda keçirilən əməliyyatlar zamanı 29 nəfər saxlanılıb. Milas bələdiyyəsinin binasında da axtarış aparılıb.

İstintaq materiallarına əsasən, 34 şirkətlə əlaqəli 35 tender sənədinin saxtalaşdırıldığı, həmçinin 32 şirkətə 33 iş təcrübəsi arayışının bələdiyyə tərəfindən təsdiqləndiyi müəyyən edilib.

Ekspertiza saxta sənədlərdə bank hesabı, vergi identifikasiya nömrəsi və IBAN məlumatlarının üst-üstə düşdüyünü, bəzi imzaların isə surətinin çıxarıldığını üzə çıxarıb.

Araşdırmaya görə, faktiki icra edilmədiyi halda yerinə yetirilmiş kimi rəsmiləşdirilən işlərin ümumi tender dəyəri 2 milyard 579 milyon 555 min 355 türk lirəsi təşkil edib. Bu məbləğ təxminən 88,5 milyon manata bərabərdir.

Jalə