Dünya Özəl

KTMT-nin təlimləri bu ölkələrdə keçiriləcək

KTMT-nin təlimləri bu ölkələrdə keçiriləcək

Sentyabrın 26-dan oktyabrın 7-dək Qazaxıstanda KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri “Sarsılmaz Qardaşlıq-2024” komanda qərargah təlimi keçirəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

“2024-cü il sentyabrın 26-dan oktyabrın 7-dək Almatı vilayətindəki Bereq poliqonunun bazasında KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri “Sarsılmaz Qardaşlıq-2024” komanda-qərargah təliminin keçirilməsini planlaşdırır”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, döyüş hazırlığı tapşırıqlarını yerinə yetirmək üçün sentyabrın 18-dən Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan hərbi kontingentlər manevr yerinə gəlməyə başlayacaq.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova