Milli peyvəndlənmə icbari olmalıdır — XƏBƏRDARLIQ

GÜNDƏM 18 sentyabr 2024, 16:16
Hazırda Azərbaycanda qızılca riski davam edir. 2023-cü ilin aprel ayından etibarən qızılca xəstəliyinin artımı qeydə alınıb. Xəstəliyin çoxalması nəticəsində, əsasən, qızılcaya qarşı peyvəndi olmayan uşaqlar və yeniyetmələr xəstələnib.

Yeni tədris ilində qızılcanın  və bu kimi xəstəliklərin yayılmasının qarşısını necə almaq olar?

Məsələ ilə bağlı Demokrat.az-ın suallarına cavab verən professor Adil Qeybulla bildirdi ki, qızılcanın alovlanması təkcə vaksinasiyaya bağlı deyild:

“Amma vaksinasiyanın yetərli olmaması burada əsas rol oynayır. Nəzərə alaq ki, Azərbaycanda uzun müddət valideynlər uşaqlarını vaksinasiyadan  yayındırıblar. Hətta bəziləri şüurlu şəkildə ərizə yazaraq vaksinasiyadan uşaqlarını yayındırıblar. Bəziləri də məsuliyyətsizlikdən yayındırıblar. Nəticədə xeyli uşaq itkisinin şahidi olduq. Hesab edirəm ki, bundan sonra əsas məsələ milli peyvəndlənmənin icbari olmasıdır. Bu prosesi artıq məcburi etmək lazımdır. İnsanlar milli peyvəndlənmədən yayındığı halda cərimələnsin və və xüsusi tədbirlər görülsün. Belə olmasa, biz genofondu qoruya bilmərik. Peyvəndlənmə vətəndaşın arzusuna, istəyinə bağlı ola bilməz. Bu dövlət proqramıdır və dövlətin sağlamlıq strategiyasıdır. Buna hər kəs əməl etməlidir”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top