Ceyran Rəhimova ad gününü belə qeyd etdi — VİDEO

ŞOU-BİZNES 17 sentyabr 2024, 23:59

Keçmiş aparıcı Ceyran Rəhimovanın ad günüdür.

Axşam.az xəbər verir ki, o, özəl günü ilə bağlı paylaşım edib. Özəl günü üçün obyektiv qarşısına keçib fotolar və video çəkdirən Rəhimova onları izləyiciləri ilə bölüşüb. 

"Həyatın hər bir anı bir şamdır – bəziləri daha parlaq yanır, bəziləri isə daha sürətlə sönür. Bu doğum günündə üfürdüyüm şamlar, məni sevən, dəstəkləyən hər birinizin sevgisi ilə doludur. Sizin varlığınız mənə hər zaman güc verir. Çox sağ olun ki, yanımdasınız" deyə, C.Rəhimova paylaşımında yazıb.

Qeyd edək ki, C.Rəhimova uzun illər AzTV-də çalışıb. O, hazırda aparıcılıqdan uzaqlaşıb.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 12:00
Top