Ermənistan tərəfi müharibə başa çatdıqdan sonra kapitulyasiya aktını imzalasa da, bu kapitulyasiya aktında göstərilən bəndlərdən heç birini yerinə yetirmədi. Xüsusilə də, erməni silahlılarının Azərbaycan ərazilərindən çıxarılması məsələsində Ermənistan məqsədli şəkildə müxtəlif təxribatlara yol verdi.
Ərazimizdəki erməni silahlılarının çıxarılması əvəzinə, ərazimizdə yeni şəxsi heyət, texnika, vasitə, avadanlıq və mina daşımağa davam etdi. Bunların qarşısının alınmağı məqsədilə Azərbaycan dəfələrlə xəbərdarlıq etsə də, Ermənistan bu xəbərdarlıqları qulaq ardına vurdu, Rus sülhməramlılarının ərazidə olmasından sui istifadə edərək Azərbaycan ərazilərində 500 km yaxın istehkam qurğuları quraşdırmağa, səngərlər qazmağa və Azərbaycan ərazilərindən Azərbaycan əsgərinə atəş açmağa, onların həyatına təhdidlər yaratmaqdan çəkinmədi.
Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Azərbaycan öz ərazilərində separatizmin kökünü kəsmək üçün qəti addımlar atmaq qərarına gəldi:
“Bu qərarın da qəbul edilməsi erməni silahlılarının Azərbaycan ərazilərinə basdırdığı minalarda həlak olan vətəndaşlarımızın Azərbaycanı Ermənistana daha təsirli addımlar atması ilə nəticələndi. Həyata keçirilən antiterror tədbirləri nəticəsində düşmənin 18 minə yaxın qüvvəsi Azərbaycan ərazilərindən çıxarıldı. 2 minə yaxın texnikası məhv edildi və müsadirə edildi. Ümumilikdə isə 23 saat 51 dəqiqə davam edən antiterror tədbirləri Azərbaycanın bütün ərazilərində suverenliyinin təmin olunması ilə nəticələndi. Antiterror tədbirləri qəhrəman Azərbaycan ordusunun zəfər tarixinin şanlı səhifələrindən biridir. Antiterror tədbirləri ordumuzun imkan, potensial və gücünü bir daha həm düşmənə, həm də onun havadarlarına nümayiş etdirmiş oldu. Bu gün Ermənistan tərəfi sülhdən danışsa da, reallıqda isə o silahlanma ilə məşğuldur. Genişmiqyaslı təxribatlara və eskalasiyaya hazırlaşır. Belə olan halda Azərbaycan tərəfi Ermənistanı dəfələrlə bu fəaliyyətlərdən çəkinmək barədə xəbərdar edib. Lakin xəbərdarlıqlar müsbət nəticə verməyib. Odur ki, proseslər bu istiqamətdə davam edərsə, Ermənistan öz fəaliyyətlərində ciddi korreksiyalara yol verməzsə, Azərbaycan tərəfi Ermənistanı növbəti təxribatlarının birində cəzalandıra bilər. Bu cəzalandırma Ermənistan üçün daha sarsıdıcı və ağrılı-acılı ola bilər”.
Mehriban Mirzəzadə
Demokrat.az