“Bəzən deyirlər ki, uşağı tərbiyə etmək çətindir, necə tərbiyələndirək? Amma uşağa tərbiyə vermək istəyiriksə, ilk növbədə biz – böyüklər özümüzü tərbiyəli aparmalıyıq. Çünki uşaqlar bizə baxaraq öyrənir. Kiminləsə aramızda anlaşılmaz məqamlar yarana bilər, amma bu o demək deyil ki, səsimizi ucaltmalı, qarşımızdakı insanı təhqir etməliyik”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib.
G.Orucova ilk dərs günü İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquluyeva ilə icra nümayəndəsi arasında yaranan mübahisəyə və bununla bağlı sosial şəbəkələrdə hadisəni əks etdirən görüntülərə münasibət bildirib:
“Xüsusilə də bu hallar cəmiyyətin ziyalı təbəqəsi arasında, savadlı şəxslər arasında baş verəndə mən təəssüf hissi duyuram. Müəllim uşaqlara həyatı, doğrunu, yanlışı öyrədən insandır. Müəllim bu cür etiraz edəndə, kobud davranış sərgiləyəndə uşaqlar bunun doğru olduğunu hesab edirlər. Həmin videonu, açığı, görməmişəm, amma düşünürəm ki, müəllim etiraz edirsə, uşaqları bu etiraza aid etməli deyil. Normal şəkildə etiraz edib bununla bağlı aidiyyəti orqanlara müraciət edə bilər. Müəllim bir nümunədir, əgər o danışığında, hərəkətlərində kobudluğa yol verirsə, uşaq düşünür ki, müəllim bunu edirsə, mən də edə bilərəm.
Biz uşaq olarkən düşünürdük ki, müəllim yemək də yemir. Amma bu gün müəllim uşağın gözünün qarşısında yemək yediyinə görə uşaq da yediyini müəllimlə paylaşır. Bu, bir tərəfdən yaxşıdır, digər tərəfdən də şəxsi düşüncəmə görə, məncə, doğru deyil. Bəzən deyirlər ki, siz psixoloqlar sərhəd qoyursunuz, belə etməyin, amma düşünürəm ki, bəzi məsələlərdə həqiqətən də çərçivə olmalıdır. Müəllimin əzmi, müqəddəsliyi artıq qalmayıb, dövr dəyişib. Müəllim çalışmalıdır ki, öz nüfuzunu qorusun. Baş verən hadisədə təbii ki, icra nümayəndəsinin də səhvi var. Ümumiyyətlə hər bir insan davranışlarına, hərəkətlərinə nəzarət etməlidir, xüsusən də cəmiyyət içində və uşaqların yanında”.
Xatırladaq ki, sosial şəbəkələrdə İmişli rayonunda məktəb müəlliməsi ilə icra nümayəndəsi arasında mübahisəni əks etdirən video yayılıb. Müəllim məktəbdəki bəzi problemlərə etiraz edərək ilk dərs günü şagirdlərə məktəbin çölündə dərs keçir. İcra nümayəndəsi isə buna etiraz edir. Müəllimlə məmurun arasında yaranmış kobud mübahisəyə şagirdlər də şahidlik etməli olub.
Törə Zeynallı
Demokrat.az