Uşaqlar və hamilələr mobil telefonlardan çox istifadə etməməlidir, əks halda… — XƏBƏRDARLIQ

GÜNDƏM 13 sentyabr 2024, 18:20
Son zamanlar mobil telefonlar əsrin böyük bəlasına çevrilib. Demək olar ki, gündəlik olaraq bütün saatlarımızı telefonla keçiririk. Ümumiyyətlə mobil telefonların texniki imkanları artdıqca onlardan gündəlik həyatımızda daha çox istifadə edirik. Həm video çəkir, həm fotoaparatı əvəz edir, həm sosial şəbəkələr üçün istifadə edirik, həm oyun oynayırıq, həm danışırıq. Yəni istər-istəməz günün xeyli hissəsi mobil telefonlar əlimizdən düşmür. Mobil telefondan istifadəni miniumuma endirməyə çalışanlar da var, gecə-gündüz telefon xəstəsi olanlar da. Halbuki mobil telefonların insan orqanizminə mənfi təsirlər bağışlayır.

Artıq mobil telefonlar bütün insanlarda asılılıq yaradıb. Bəs, mobil telefonlardan bu qədər istifadə insan orqanizminə necə təsir bağışlayır? Bu hər hansı bir xəstəliyə səbəb ola bilərmi?

Məsələ ilə bağlı Demokrat.az-ın suallarını cavablandıran professor Adil Qeybulla bildirdi ki, mobil telefonların istifadə etdiyi dalğalar radio dalğalarıdır və bunlar yüksək tezlikli dalğalardır. 

“Dalğalar yüksək tezlikli olduğu üçün onlar  hüceyrələrdəki biokimyəvi proseslərə təsirsiz ötüşmürlər. Ona görə də  uşaqların, hamilə qadınların həddən çox mobil telefondan istifadəsi məqsədəuyğun sayılmır.

Amma bu radioaktiv şüalanma deyil. Bütün bunlarla yanaşı, biz böyük bir şəbəkənin içindəyik. Hər yerdə mobil telefon antenaları var. İnsanlar maqinit sahəsində radioşüalanma sahəsində gəzirlər. Artıq insanlar bu vəziyyətdən asılı hala düşüb. Mobil telefonların insan orqanizminə təsiri ilə bağlı ciddi tədqiqatlar aparılır. Mobil telefonu uzunmüddət danışıq zamanı qulaqda  saxlamaq, yatan zaman yanına qoyub yatmaq məqsədəuyğun sayılmır. İstənilən halda bu beyinə öz mənfi təsirini göstərir. Bu daha çox nevrozlara, sinir sisteminin oyanıqlığına, yuxu pozuntularına gətirib çıxarır. Amma onun hansısa bir onkoloji və yaxud digər hüceyrə mutasiyalarına gətirib çıxarması ilə bağlı ortada konkret bir fakt yoxdur”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2024, 09:14
09 oktyabr 2024, 08:46
09 oktyabr 2024, 08:22
Top