AzTV-də kadr dəyişikliyi gözlənilir — Rövşən Məmmədov ona yeni vəzifə verir?

MEDİA 09 sentyabr 2024, 10:26
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) sədrinin köməkçisi Həmidağa Əsədzadə adıçəkilən televiziya kanalının sədr müavini vəzifəsinə təyin olunacaq.

Bununla bağlı AzTV sədri Rövşən Məmmədov tərəfindən təqdimat verilib.

Qeyd edək ki, Həmidağa Əsədzadə köməkçi olmasına baxmayaraq, AzTV-də səlahiyyətli şəxslərdən biri sayılır.

Televiziyada belə söhbətlər gəzir ki, rəsmi olaraq əksər yaradıcı redaksiyalar ona tabedir.

Həmçinin bu yaxınlarda tabeliyində olacağı musiqi verilişləri redaksiyasının da ləğv ediləcəyi gözlənilir. Ümumiyyətlə, son illərdə AzTV-də bir sıra proqram və layihələr bağlanıb.

Mövzu ilə bağlı AzTV-nin mətbuat xidmətinin rəhbəri Rüfət Seyidov KONKRET.az-a bildirib ki, onda bu barədə hər hansı bir informasiya yoxdur. (KONKRET.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2024, 09:25
17 sentyabr 2024, 08:41
Top