Lavaş yeyən bir ailənin dörd üzvü ZƏHƏRLƏNDİ

KRİMİNAL 06 sentyabr 2024, 22:12
Göyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

APA-nın məlumatına görə, Göyçayın Xəlitli kənd sakinləri - Əhmədova Malikə (1990-cı il təvəllüdlü), Əhmədova Sədaqət (1958), Əhmədov Turan (2014) və Əhmədzadə Zərinə (2018) zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, ailə üzvləri lavaşdan zəhərləndiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top