Yeni müharibə hər an alovlana bilər

DÜNYA 05 avqust 2024, 14:41
İranda HƏMAS lideri Haniyənin sui-qəsd cəhdi nəticəsində həlak olması Yaxın Şərqi genişmiqyaslı müharibənin astanasına gətirib. İordaniya və Livanın xarici işlər nazirləri gərginliyi azaltmaq üçün İrana gediblər. ABŞ mediası İranın bu səfərlərə baxmayaraq İsraili vurmaqda qərarlı olduğunu iddia edib və mötədillik çağırışlarını rədd edib. 

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

İddia olunur ki, ABŞ dövlət katibi Antoni Blinken də G7-dən olan həmkarları ilə görüşüb və İranın hücumunun bu gündən başlaya biləcəyini deyib. 

Görüşdə Blinken vurğulayıb ki, həmkarları heç olmasa hücumun təsirini məhdudlaşdırmaq üçün İrana təzyiq etməlidirlər. Digər tərəfdən, ABŞ rəhbərliyinin hava hücumlarında istifadə etmək üçün İsrailə yarım ton ağırlığında MK-83 bombalarının göndərilməsinə icazə verdiyi iddia edilib.

Mehriban Mirzəzadə
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 sentyabr 2024, 23:46
Top