ABŞ-də qaradərili qadın evinin mətbəxində polis tərəfindən öldürüldü

DÜNYA 23 iyul 2024, 14:37
ABŞ-nin İllinoys ştatında polis tərəfindən vurulan qaradərili qadın Sonya Massinin vurulma anının görüntüləri yayılıb.

Demokrat.az
xəbər verir ki, görüntülər bazar ertəsi Sanqamon İlçe Prokurorluğunun izni ilə yayımlanıb.

Görüntülərdə polisin iyulun 6-da Masseyin evinə gəldiyi və təxminən 21 dəqiqə sonra polis məmuru Şon Qreysonun silahını mətbəxdə əlində qaynar su tutan Massiyə doğrultduğu görünür. 

Massiyə qazanı yerə qoymağı söylədikdən qısa müddət sonra Qreyson üç əl atəş açır və Massini üzündən vurur. 

Videoda Qreyson silahını çəkərək hədələdiyi, Masseyin üzr istəyərək əyilən zaman atəş açdığı görünür. 

Hadisədən sonra Qreyson Massiyə kömək etməyib. Görüntülər yayıldıqdan sonra İllinoys ştatının baş prokuroru hadisəni “dəhşətli” adlandırıb. 

Qreyson şöbədən qovulub və qətl ittihamı ilə mühakimə edilir. Masseyin ailəsi isə vətəndaş hüquqları üzrə vəkil Benjamin Krumpun müşayiəti öz haqlarını müdafiə edir. 

Prezident Co Bayden də açıqlama verərək, hadisənin qaradərili amerikalıların təhlükəsizlik qorxularını yenidən xatırlatdığını və Massey ailəsinin ədalətinin təmin olunacağını deyib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top