Avropa çempionatının ən yaxşı qolu

İDMAN 20 iyul 2024, 16:06
Almaniyada keçirilmiş futbol üzrə Avropa çempionatının ən yaxşı qolu açıqlanıb.

Demokrat.az
UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qalib azarkeşlər arasında keçirilmiş sorğunun nəticələrinə əsasən müəyyənləşib.

Fanatlar Türkiyə millisinin müdafiəçisi Mərt Müldürün qrup mərhələsinin ilk turunda Gürcüstan millisinin qapısına vurduğu topu turnirin ən yaxşı qolu seçiblər.

Qeyd edək ki, həmin qarşılaşma "ay-ulduzlular"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə yığması 1/4 finalda Niderlanda uduzaraq (1:2) "Avro-2024"də mübarizəni dayandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top