Blinken: Ukrayna NATO-ya üzvlük şərtlərini tezliklə yerinə yetirə bilər

DÜNYA 19 iyul 2024, 22:02
Ukrayna NATO-ya üzvlük şərtlərini tezliklə yerinə yetirə bilər.

Demokrat.az  xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Aspen İnstitutunun illik təhlükəsizlik forumunda deyib.

“NATO-ya daxil olmaq müxtəlif tələblərin yerinə yetirilməsindən asılıdır, lakin əminəm ki, biz Ukraynaya buna tez bir zamanda nail olmağa kömək edəcəyik”, - Blinken bildirib.

Dövlət katibi vurğulayıb ki, Vaşinqton Kiyevlə Amerika silahlarının istifadəsi ilə bağlı məsələləri müzakirə etməyə davam edəcək və şəraitdən asılı olaraq bu məsələdə mövqeyini tənzimləyəcək.

İyulun 9-11-də Vaşinqtonda keçirilən NATO sammitinin yekun sənədində Ukraynanın alyansa doğru sürətlə irəlilədiyi qeyd olunub.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top