9 metrlik piton bazara gedən qadını yedi

DÜNYA 03 iyl 2024, 21:17
İndoneziyada Siriati adlı qadın 9 metrlik piton tərəfindən vəhşicəsinə öldürülüb

Demokrat.az xəbər verir ki, 5 uşaq anası olan Siriatinin əri arvadının gəlmədiyini gördükdə narahat olub və onu axtarmağa gedib. 

Kişi, arvadını 9 metrlik ilan tərəfindən yeyilərkən tapıb.

Dərhal ətrafdakı kənddən kömək istəsə də, pitonun yediyi qadını xilas etmək mümkün olmayıb.

İndoneziya polisi Siriatinin cəsədinin bütöv tapıldığını, lakin sümüklərinin əzildiyini bildirib. Zərərçəkənin ilan sancması ehtimalı ilə ayağında yara olduğu qeyd olunub. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top