AVRO-2024-ün 1/8 finalında İtaliya ilə qarşılaşacaq İsveçrə Milli Komandası oteldən məşqçilər komandasına məxsus 3 kompüterin oğurlanması ilə sarsılıb.
Demokrat.az xəbər verir ki, komandanın otelində baş verən oğurluq hadisəsi İsveçrə Futbol Federasiyasından Adrian Arnold tərəfindən Almaniyanın Bild qəzetinə təsdiqlənib.
Bildirilib ki, hadisəni yerli polis nəzarətə götürüb.
Arnold “Mən təsdiq edə bilərəm ki, köməkçilərimizin üç kompüteri oteldən yoxa çıxıb və biz polisə məlumat vermişik” deyib.
Əfsanə Rəcəb
Demokrat.az