Kobaxidze: Almaniya kimi Gürcüstan da birləşəcək

DÜNYA 22 iyn 2024, 23:01

Almaniya birləşdiyi kimi Gürcüstan da birləşəcək.

Demokrat.az axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Berlinə səfəri zamanı deyib.

"Almaniya ölkənizi səbirlə necə inkişaf etdirə biləcəyinizin simvoludur. Almaniya onilliklər boyu səbirlə birləşməyi, inteqrasiyanı gözlədi və nəhayət, 1989-cu ildə almanlar arzularını reallaşdırdılar. Bizim də strateji səbir siyasətimiz var. Əminik ki, siyasətimizin köməyi ilə sonda Gürcüstanın, eləcə də gürcülərin arzusunu reallaşdırmaq mümkün olacaq və Gürcüstan vahid, bütöv dövlətə çevriləcək", - o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top