Gürcüstan-Rusiya yolu bağlandı — Gömrükçülər təxliyə edildi

DÜNYA 06 iyn 2024, 12:44
Gürcüstandan Rusiyaya gedən yol hər iki istiqamətdə bütün nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. 

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, qar uçqunu səbəbindən beynəlxalq əhəmiyyətli Mtskheta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində hərəkət dayandırılıb. 

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə isə, Gürcüstan-Rusiya sərhədində “Daryal” gömrük-sərhəd buraxılış məntəqəsinin bütün əməkdaşları təxliyə edilib. Buna səbəb isə Devdoraki çayında suyun səviyyəsinin artması olub. Vəziyyətlə tanış olmaq üçün sərhəd polisinin helikopteri əraziyə göndərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top