Türkiyədən qaçmağa çalışan 12 terrorçu saxlanıldı

REGİON 23 may 2024, 19:10
Türkiyənin Ədirnə vilayətində xaricə qaçmağa çalışan 12 şübhəli saxlanılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, bölgənin Jandarma Komandanlığı qrupları terrorla mübarizə və təhlükəsizliyi təmin etmək əməliyyatları keçirib. 

Tədbirlər çərçivəsində son bir həftədə Yunanıstana qaçmağa cəhd edən 12 terror təşkilatı üzvü sərhəddə yaxalanıb. 

Şübhəlilərdən 2-nin PKK, 1-nin İŞİD, digərlərinin isə FETÖ üzvü olduğu müəyyən edilib. 

Hazırda şübhəlilər haqqında əməliyyatlar davam edir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top