Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb

DÜNYA 19 may 2024, 15:30

Mayın 21-dən 24-dək Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada bütün dövlət və özəl orta məktəb və kolleclərdə dərslərə fasilə veriləcək.

Bu barədə yerli hökumət açıqlama yayıb.

Qeyd olunub ki, sözügedən tədbir ölkəyə şamil edilir.

“İbtidai təhsil üçün əyalətlər və bələdiyyələr öz fəaliyyət üsulları haqqında məlumat verəcəklər. Bu müddət bütün maddi, insani və psixoloji aspektləri birləşdirən tədris fəaliyyətinin bərpası üçün ən yaxşı ssenariləri hazırlamağa istifadə olunacaq. Məktəblər yalnız bütün təhlükəsizlik şərtləri yerinə yetirildikdə açılacaq”, – hökumətin vitse-prezidenti İzabel Şampmoro bildirib.

Xatırladaq ki, Yeni Kaledoniyada etiraz aksiyalarında ölənlərin sayı 6 nəfərə çatıb.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top