Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış etdi

MEDİA 20 apr 2024, 13:08
Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mənbəyi məlum olmayan, habelə reallıqdan uzaq, əsassız məlumatlar yayılmaqdadır.

Demokrat.az-a bu barədə Medianın İnkişafı Agentliyindən (MEDİA) bildirilib.

Qeyd olunub ki, aparılan araşdırmalar nəticəsində sözügedən məlumatların dezinformasiya mahiyyəti daşıdığı və ölkəmizə qarşı sistemli dezinformasiya hücumlarının tərkib hissəsi olduğu müəyyənləşdirilib:

"Medianın peşəkarlıq və beynəlxalq etik dəyərləri ilə ziddiyyət təşkil edən yalan məlumatların, dəqiqləşdirilməmiş rəylərin tirajlanmasını ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa hesablanmış növbəti uğursuz cəhd kimi qiymətləndiririk.

Media subyektlərini və jurnalistləri qeyri-dəqiq, mənbəyi bilinməyən məlumatlardan istifadə etməməyə və ölkəmizə yönəlmiş dezinformasiya hücumlarının istənilən təzahürlərinə qarşı prinsipiallıq nümayiş etdirməyə çağırırıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 may 2024, 11:07
Top