Yenilənmiş Mercedes-AMG GLE avtomobilinin eleqant FOTOSESSİYASI

AVTO 19 mar 2024, 12:28
“Mercedes-Benz Group AG”nin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Avtokapital Azərbaycan” MMC "She's Mercedes" layihəsi çərçivəsində istedadlı azərbaycanlı dizayner, kolleksiyaçı, Azərbaycan paytaxtının ürəyi hesab olunan İçərişəhərin mərkəzində yerləşən "Natavan Gallery & Club"un təsisçisi Natavan Əliyevanın iştirakı ilə yenilənmiş Mercedes-AMG GLE avtomobilinin eleqant fotosessiyasını təqdim edir. 

Milli motivlərin zərifliyinin ahəngi bu möhtəşəm duetin dəbdəbəsini qabarıq şəkildə nümayiş etdirir. 

Avtomobilin təmkinli cizgilərində təcəssüm tapan Avropa dəbdəbəsi və qədim Şərq ornamentlərinin gözəlliyi duetə xüsusi zəriflik “ətri" bəxş edir.

İdman üslubunda, güclü, innovativ və sadəcə mükəmməl... 

Yenilənmiş "Mercedes-AMG GLE" yolsuzluq avtomobili yol səthinin mürəkkəbliyindən asılı olmayaraq, istənilən vəziyyətdə liderliyi əlində saxlayır. 

Qabaqcıl texnologiyalar və yüksək performanslı mühərrik gündəlik həyatda köməkçiləriniz olacaq. Yolsuzluq avtomobilinin ifadəli idman dizaynı istənilən vəziyyətdə başqaları tərəfindən yüksək qiymətləndiriləcək. 

Salonun premium səviyyəli interyeri yüksək keyfiyyətli bəzək elementləri, eksklüziv dekorativ materialları və innovativ sistemləri sayəsində heyranlıq doğurur. AMG idman oturacaqları müsbət sürücülük təcrübəsinə zəmanət verir. Mühərrik xəttinə 435-612 at gücündə mühərriklər daxildir.

Avtomobillər haqqında daha ətraflı məlumat almaq üçün Mercedes-Benz-in Azərbaycandakı rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:



Abşeron Avtomobil Mərkəzi

Tel.: + 994 12 347 78 00 / *8885
Autostar Kaukasus GmbH Azərbaycan
Tel.: +994 12 496 50 50 / +99412 976

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top