"Arif Quliyevin xanımı iflic olub, gəzə bilmir"

ŞOU-BİZNES 20 fev 2024, 19:25
Əməkdar artist Kubra Əliyeva mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşının səhhətindən danışıb. 

Axşam.az xəbər verir ki, aktrisa "Elgizlə izlə" proqramına telefonla zəng edərək onun vəziyyətinin ağır olduğunu deyib:

"Gülzar çoxdan xəstədir. O, Arif Quliyevdən əvvəl vəfat etməli idi. Eşitdim ki, evlərini də satıblar. O vaxt Arif danışırdı, xanımı pis idi. Arif Quliyev həmişə kasıblara yardım edirdi. Özü yetim böyüyüb deyə, hamıya kömək edirdi. Gülzar qara ciyər sirrozundan əziyyət çəkirdi. İndi iflic olub, yerindən də qalxa bilmir".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top