Ermənistanın Xalq artisti: Niyə məhz Zeynəb Xanlarova? — VİDEO

MƏDƏNİYYƏT 22 yan 2024, 09:08
“İctimai TV”nin efirində “XX yüzillik. Faktlar, hadisələr və insanlar” verilişinin növbəti buraxılışı efirə gedib.

Demokrat.az xəbər verir ki, budəfəki buraxılışda 1978-ci ildə ölkədə baş verən önəmli hadisələr, faktlar barədə danışılıb.

Verilişdə bu ildə baş verən maraqlı hadisələrdən biri kimi Zeynəb Xanlarovanın Ermənistanın Xalq artisti adını alması da olub.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti, ictimai xadim Zeynəb Yəhya qızı Xanlarova 1978-ci ildən Ermənistan SSR Xalq artistidir. 1936-cı il dekabrın 28-də Bakıda anadan olan sənətçi tez-tez qastrol səfərlərində olur. O,  Azərbaycan və Ermənistandan savayı, Özbəkistanın da Xalq artisti adını qazanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top