BƏƏ iqlim dəyişikliyi üçün 30 milyard dollarlıq fond yaradıb

DÜNYA 01 dek 2023, 21:28
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bütün dünyada iqlim dəyişikliyinin həlli üçün 30 milyard dollarlıq bir fond yaratığını elan edib.

Demokrat.az
xəbər verir ki, bu barədə BƏƏ rəsmi agentliyi “WAM” məlumat yayıb.

Bildirilib ki, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının (COP28) açılışında çıxış edib.

Əl Nahyan konfransın dünyada çoxlu çətinliklərin olduğu bir vaxtda keçirildiyinə diqqət çəkərək, bunların ən mühümləri arasında iqlim dəyişikliyi və həyatın bütün sahələrinə təsir edən fəsadları olduğunu bildirib.

İqlim dəyişikliyi ilə bağlı maliyyə boşluğunu və bu mövzuda həll yollarını aradan qaldırmaq üçün 30 milyard dollarlıq bir fond yaradıldığını açıqlayan Əl Nahyan, bu fondla 2030-cu ilə qədər 250 milyard dollarlıq investisiyanın hədəfləndiyini bildirib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top