Xəbər verdiyimiz kimi, 31 avqust 2023-cü il tarixində sertifikasiya prosesində könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər test imtahanı mərhələsinə cəlb olunacaqlar.
Təhsil eksperti Elşən Qafarovun fikrincə müəllimlərin sertifikasiya imtahanına cəlb edilməsində yaş faktorunun nəzərə alınması düzgün deyil.
Bu barədə Demokrat.az-a açıqlama verən ekspert deyib ki, əsas diqqət şagird amilinə yönəlməlidir.
“Əmək Məcəlləsinə əsasən burada ayrıseçkilik var. Niyə 60-dan yuxarı yaşı olan müəllimlərin sertifikasiyası könüllü olsun? Təhsil sisteminin mərkəzində şagird durur. Hər şey şagirdin uğrunda olmalıdır. Belə çıxır ki, yaşlı müəllimlərin peşəkarlığını yoxlamağa ehtiyac yoxdur? Hər bir halda qərar artıq verilib, riayət etmək lazımdır”.
E.Qafarov bildirib ki, bu kateqoriya müəllimlərin imtahanda könüllü iştirakı onların xeyirinədir.
“İstərdim ki, yaşı 60-dan yuxarı müəllimlər də könüllü şəkildə sertifikasiyada iştirak etsin. Uğurlu nəticə göstərənlər də zəhmətlərinin qarşılığında əməkhaqqılarına edilən artımdan faydalansın”.

Ekspert sertifikasiya imtahanlarında sualların çətin olması ilə bağlı yayılan bəzi iddialara da aydınlıq gətirib.
“Müəllimlərin sertifikasiyası işə qəbul imtahanı deyil. Burada olan suallar elə də çətin olmur. Bu test imtahanı müəllimlərin illərlə işləyib hansı peşəkarlıq səviyyəsinə çatdığını yoxlayır. Əksinə, müəllimlərin əksəriyyəti 51-60 arası bal toplayır. Bu da onu göstərir ki, suallar heç də çətin qoyulmur”.
Törə Zeynallı
Demokrat.az