Krımda hərbi bazada yanğın baş verdi

DÜNYA 19 iyl 2023, 15:25
Krımda hərbi bazada baş verən yanğına görə, ən azı 2 min nəfər insanın bölgədən təxliyə ediləcəyi açıqlanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Bildirilib ki, yanğın gecə saatlarında Krım yarımadasının Kirovski rayonunda hərbi bazada baş verib. 

Rusiyanın Krım qubernatoru Sergey Aksenov yanğın səbəbiylə 4 yaşayış məntəqəsində ən az 2 min insanın təxliyə ediləcəyini və yaxınlıqdakı magistral yolun nəqliyyata bağlanıldığını bildirib.

Yanğının səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, hadisənin Ukraynanın hava hücumu nəticəsində baş verdiyi iddia edilib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top