Rusiyaya qarşı sanksiyalara Qazaxıstan da qoşulur? — ABŞ hesabat yaydı

DÜNYA 27 apr 2023, 23:52
ABŞ-ın Maliyyə Nazirliyi Qazaxıstanın anti-Rusiya sanksiyalarının həyata keçirilməsi üçün dəstək verməyə hazır olduğunu bəyan edib.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin Birləşmiş Ştatlardan olan nümayəndə heyətinin aprelin 23-26-sı tarixlərində Qazaxıstana səfərinin yekunlarına dair yaydığı hesabatında qeyd olunub.

Sənəddə deyilir ki, Ağ Ev Qazaxıstana Rusiyaya qarşı sanksiyalarda iştirak etdiyi zaman ölkə üçün iqtisadi nəticələrini minimuma endirməyə kömək etmək qərarına gəlib. 

Qeyd edək ki, bu ilin 23-26 aprel tarixlərində ABŞ nümayəndə heyətinin üzvləri Qazaxıstanın hökumət və özəl sektorunun nümayəndələri ilə görüşüblər. Onlar Rusiyaya qarşı sanksiyaların tətbiqinə və bunun Qazaxıstan üçün iqtisadi nəticələrinin minimuma endirilməsinə kömək etməyi təklif ediblər.

Səfər zamanı keçirilən görüşlərdə ABŞ-dan olan ekspertlər Qazaxıstan ərazisindən Rusiyaya raketlər və dronlar üçün yarımkeçiricilər və digər elektron inteqral sxemlərin tədarükünə icazə verməməyə çağırıblar.

Həsən
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top