Reketlərin “SXODKASI”

TƏHLİL 04 fev 2023, 18:59
İllərdir jurnalist adı ilə mediada hər cür oyun çıxaran bir qrup reket bu gün toplantı keçirib. Əslində buna toplantı yox, “oğru dünyası”nın jarqonu ilə “sxodka” demək daha doğrudur. Ədaları, davranışları, sözləri ilə peşəkarlıqdan uzaq olduqları aydın görünür. Amma məsələ təkcə bununla da bitmir. Toplantıda yayılan fotolardan aydın görünür ki, iştirakçıların biri əlində təsbeh fırladır, digəri tatuları ilə göz qamaşdırır. Sanki mafiya üzvlərinin yığıncağıdır. Məhz bu baxımdan, toplantını kriminal aləmin jarqonu ilə “sxodka” adlandırmaq daha məntiqlidir.

İştirakçılar arasında qocaman reketlərdən Tapdıq Abbasın olması isə “sxodkan”ın məqsədini, toplaşanların nə istədiyini anlamağa imkan verir. Bütün media cameəsi yaxşı bilir ki, iştirakçılar peşəkar media adından sui-istifadə edir, jurnalistika prinsiplərini yox, kriminal aləmin qaydalarına uyğun reket etikasını əsas götürürlər. Yəni şantaj, şərləmə, təhdid bunların işidir.

Mediada həyata keçirilən islahatlar, xüsusilə peşəkarlaşma istiqamətində atılan addımlar onların “bazarını” öldürür. Media Reyestri imkan verəcək ki, belə reketlər jurnalist adından sui-istifadə edə bilməsin. Bu da reketlərin “çörəksiz” qalması deməkdir. “Sxodkaya” bənzər toplantılar keçirməklə, müzakirələr aparmaqla vəziyyətdən çıxış yolu axtarırlar və belə görünür ki, tapıblar da. Media Reyestrinə, ümumiyyətlə bu sistemi gətirənlərə qarşı şərləmə kampaniyası aparır, şantaj edirlər. Çünki bacardıqları yeganə iş budur.

Bu “sxodkaya” və reketlərə qarşı mübarizə apardığımız üçün bizi məhkəmə ilə təhdid edən Ələsgər Məmmədliyə baxdıqda sual yaranır: Ay Ələsgər Məmmədli, bizi məhkəmə ilə hədələyərək, müdafiə etdiklərin bunlardı? Bizi bunlara görə məhkəmə ilə hədələyirsiz?

Azad və peşəkar mediadan bəhs edirsən, amma reketlərlə eyni cərgədə dayanmısınız.

Cavab verin. Siz saf, təmiz, müstəqil, ələbaxım olmayan, insanları alçaltmayan, şər-şəbədə yaymayan medianın və jurnalistikanın tərəfdarısınızsa, onda nəyə görə jurnalistikanı palçığa batıran ünsürlərə, jurnalistikanı öz murdar məqsədləri üçün istifadə edib bərbad hala salan fürsətçillərə qarşı birgə mübarizəyə qoşulmursuz? Axı bizim etdiklərimiz həm də sizin indiyə qədər danışdıqlarınızdır, bəs məsələ əməli addıma gələndə niyə reketlərin yanında dayanırsınız? Nəyə görə reketlər, şantajçılar çətinə düşən kimi sizin yanınıza qaçırlar, siz də onların müdafiə edən bəyanatlar verirsiniz, beynəlxalq təşkilatlara müraciətlər ünvanlayırsınız?

Jurnalistika bu ünsürlərdən təmizlənməlidir ki, normal fəaliyyət göstərsin. Ən pis qanunla belə şərait olduğu təqdirdə jurnalistika effektiv işləyə bilər. Amma əgər mühit korlanıbsa, jurnalistlə reket eyni imkan və hüquqdan istifadə etmək imkanına malikdirsə, reketi müdafiə edib onlara haqq qazandıranlar varsa, ən yaxşı qanunla belə jurnalistika inkişaf etməyəcək. Əgər siz sağlam jurnalistika istəyirsinizsə, müalicəni qanunları saf-çürük etməklə deyil, onun bədəninə daraşmış virusların təmizlənməsinə dəstək verməklə aparın. Çünki sizin seçdiyiniz yol jurnalistikanın təmizlənməsinə yox, onu çirkləndirənlərin legitimlik əldə etməsinə zəmin yaradır.

Madam ki, təmiz, peşəkar jurnalistika istədiyinizi bəyan edirsinizsə, o zaman, buyun tərəfinizi seçin. Ya reketlərin masasında, ya da onlara qarşı mübarizə cəbhəsində yer alın!



Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2024, 15:25
Top