Trampın seçilməsində Ermənistanı məyus edən SƏBƏBLƏR

SİYASİ 09 aprel 2025, 16:59
“Prosesləri analiz etdikdə görürük ki, Prezident sözündə sonuna qədər haqlıdır. Co Bayden dönəmində elə bir situasiya yarandı ki, ABŞ kimi 300 illik köklü imperiya sanki Ermənistanı qorumağa fokslandı. Biz bu siyasəti Çar Rusiyasının bütün siyasi maraqlarını bir kənara qoyub erməniləri müdafiə etməsində görmüşdük. Eyni zamanda Fransa və Böyük Britaniya siyasətində bunlara şahid olmuşduq”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi ekspert Həşim Səhrablı deyib.

O bildirib ki, Co Bayden ABŞ-nin dövlət maraqlarını bir qırağa atıb erməniymiş kimi siyasət yürütməyə başladı:

“Həmin dövrdə ABŞ bölgədə beynəlxalq hüquqazidd şəkildə Ermənistanı bütün təcavüz aktları ilə qorumağa başladılar. Belə olan halda onlar da öz riyakar əməllərinə davam etdilər. 

Sülh prosesinin 2020-ci ildən bu yana bu qədər gecikməsi ABŞ-də Bayden iqtidarının etdiyi səhv addımların nəticəsidir. Ermənilər İkinci Qarabağ müharbəsinin nəticələrinə görə Donald Trampı heç sevmirdilər. Özlərinin işğalçılıq planlarını, qeyri-qanuni əməllərini görmür, günahı xarici faktorlarda axtarırdılar. 

Ermənistan yaxşı bilirdi ki, Tramp hakimiyyətə gəldiyi zaman ABŞ-nin maraqlarından çıxış edəcək. ABŞ Cənubi Qafqazda güc, ədalət  kimdən yanadırsa, ondan yana siyasət yürüdür. Çin və Rusiyanın artan nüfuzu, İranın bölgədəki pozucu əməllərinə qarşı tərəfdaş qazanmaq lazım idi. Bu ölkə Cənubi Qafqazda Azərbaycan, Yaxın Şərqdə Türkiyədir. Tramp seçildə və həqiqətən Cənubi Qafqazda tamamilə ABŞ maraqlarından çıxış edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün keçirilən VII ADA Siyasi Forumunda Donald Trampın prezident seçilməsinin Ermənistanı məyus etdiyini bildirib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top