Qızıl nə üçün bahalaşıb? — SƏBƏB

İQTİSADİ 01 aprel 2025, 18:50
Əmtəə bazarlarında qızılın qiyməti ilin əvvəli ilə müqayisədə 500 ABŞ dollarından çox artıb. Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixinə qızılın bir troya unsiyası üzrə qiyməti 2641 ABŞ dolları, gümüşün bir unsiyasının qiyməti isə 29.4 ABŞ dolları təşkil edib.

Bununla bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlama verib.

O bildirib ki, qızılın qiymətinin artmasının çox səbəbi var: 

“Əsas səbəb ondan ibarətdir ki, səhm bazarında ciddi dalğalanmalar var. Səhm bazarında olan qiymətlərin aşağı düşməsi investorları qızıla yönəlməyə sövq etdi. Yəni, səhmdən çıxan investorlar daha çox qızıla yönəldilər. Dünya iqtisadiyyatında da qeyri-müəyyənliklər var. Tariflərin yüksədilməsi, ABŞ-nın tarif müharibələri investorları çəkindirdi. Bütün bunlar onları daha çox qızıla yönəltdi. Bu kimi dövrlərdə də qızıl daha güvənilir olur”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 aprel 2025, 20:56
Top