Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib ki, Azərbaycan və Avropa istehlakçıları arasında uzunmüddətli qaz müqavilələri imzalana bilər.
Enerji məsələləri üzrə ekspert İlham Şaban Demokrat.az-a açıqlamasında qeyd edib ki, bu, olduqca önəmli və vacib məsələdir:
“Azərbaycan Prezidenti İlham Əliyev öz giriş nitqində də bu məsələyə xüsusilə toxundu. Bu, Azərbaycanda hazırda işlənməyən qaz yataqlarının və yaxud da növbəti fazasının daha böyük qaz həcimlərini çıxartmaq üçün qaz hasilatçılarına bir stimul olar. Yəni onlar bilərlər ki, çıxartdıqları qazı uzun müddət ərzində satıb, onu kapitala çevirə biləcəklər. Bu kapitalın da bir hissəsi həmin yataqların işləməsi üçün ayrılan xərcləri qarşılayacaq, digər hissəsi isə onlara mənfəət gətirəcək. “Abşeron” yatağının ikinci hissəsi “Şahdəniz”dən də dərin hissəsində idi. Haradasa 600 metrə qədər olan hissədə yerləşir. Qaz layları isə 7000 metr dərinlikdə yerləşir. Bu qədər vəsaəti qoyub, cəmi bir neçə illik müqavilələr bağlayanda hasilatçılar heç bir şey qazanmırlar. Ona görə də Azərbaycan üçün vacibdir ki, uzunmüddətli dövr yəni, heç olmasa 2040-cı ilə qədər qazın alqı-satqısına dair müqavilələri olsun. Bu, önəmli bir məsələdir”.
Leyla Turan
Demokrat.az