Millimizin üzvü Albaniya çempionu OLDU

İDMAN 13 may 2025, 13:51
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev Albaniya çempionu titulunu qazanıb.
 
Demokrat.az xəbər verir ki, onun çıxış etdiyi “Eqnatiya” həlledici görüşdə “Vlajniya” ilə qarşılaşıb.
 
Əliyevin komandası inamlı oyunla 4:0 hesablı qələbə qazanıb. “Eqnatiya” tarixində ikinci dəfə ölkə çempionu olub. Komanda ilk dəfə ötən mövsümdə bu uğura nail olmuşdu.
 
Qeyd edək ki, Zamiq final görüşündə start heyətdə meydana çıxıb və 90 dəqiqə meydanda olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top