"Bəsdirin, millətin qanını içdiniz"

ŞOU-BİZNES 13 may 2025, 14:30
Müğənni Nura Suri kartlardan oğurluğun artdığı bir vaxtda bankların bildirişi mesajla alma xidmətində artım etməsini qınayıb.
 
Demokrat.az xəbər veri ki, bu barədə ifaçı sosial media hesablında yazıb:
 
"Bizdə niyə belədir ki? Deməli, bank kartlarının SMS xidməti aylıq 0.90 qəpikdən 3 azn-ə qaldırılıb və avtomatik qiyməti artıran kimi xidməti bağlayıblar. Həm də bunu elə bir dönəmdə ediblər ki, hər gün insanların kartlarından külli miqdarda pul oğurlanır. Bizdə bank sistemi onsuz da bərbaddır. Yəni ki, xalqa xidmət etmir, banklar öz cibinə işləyir. Hər gün insanlara nağd ödənişdən uzaqlaşıb, "Apple Pay" və "Google Pay"lə ödəniş tövsiyə olunur. 
 
Bir insafınız olsun. AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır, marketlərdə hər gün qiymətlər qalxır, bəsdirin, millətin qanını içdiniz".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top