"Təəssüflər olsun ki, indi sponsorlar yatırımı daş-divarlara edirlər. Demək istəyirəm ki, bu pul o qədər şirindir ki... Ağıllı insanlar deyirlər ki, iş adamları hara baxırlar? Sənin sənətin xalqımıza, gələcəyimizə, bəşəriyyətə lazımdır".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Pərvizə görə" verilişində düeyib. Müğənni bildirib ki, sponsorlar yatırımı digərlərinə yox, ona etməlidirlər:
"Ağıllı insan Elzanın sənətinə yatırım edər, həm savab qazanar, həm pul. Binalar tikirlər, ya sata bilirlər, ya yox. Hətta bir şeirim də var, deyir, adamsız evlər ağlayır, ərsiz arvadlar kimi... Mənim kimi bəstəkar evsizdir, istəsəm, birini verməzlər. Halal xoşları olsun, bəlkə də yadından çıxarıb, neçə evi var. İnsan gərək Allah qarşısında savab etsin, xalqı üçün tarixdə qalan iş görsün. Mənə kimsə ev versə, tarixdə qalacaq ki, Elza Seyidcahana ev verdi. Bizim ağıllı iş adamlarımız var, mənim simamda istedadlı insanlara yatırım etsinlər, hansı ki, onlarda yenilik var. Kimisə sevib, aşiq olub deyə yox... Sənətə yararsız insanları, virusları gətirirlər, böyük günah qazanırlar".