"Kişi qadını dəfələrlə doğmağa məcbur edə bilməz" — Sosioloq

GÜNDƏM 01 iyul 2025, 16:40
"Bir çox dünya ölkəsində bununla bağlı qərar yalnız qadının özünə məxsusdur və qanunlar  tam ixtiyar qadının özünə verir. Amerika, İsveç, Norveç, Kanada, Almaniya, Finlandiya kimi ölkələrdə qadın şəxsiyyət kimi təsdiqləndikdən sonra tibbi prosedurla  hamiləlikdən imtina edə bilər.Azərbaycan, Türkiyə, İran, Misir, Pakistan kimi ölkələrdə bu qərar təkcə qadının ixtiyarında deyil. Bunun üçün həm tibbi göstəriş olmalıdır, həm də həyat yoldaşının razılığı tələb olunur".

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. 

O bildirib ki, dünyaya uşaq gətirmək məsələsi tək qadının və ya tək kişinin qərarı olmamalıdır:

"Evlilik bir sosial quruluşdur və burada qərarlar birgə alınmalıdır. Qadın "bu mənim bədənimdir" deyib doğmaqdan imtina edə bilməz, kişi də qadını dəfələrlə doğmağa məcbur edə bilməz. Uşaqların sayı, doğumlar arasındakı interval kimi məsələlər ortaq qərarla müəyyən edilməlidir. Qadın doğuşdan imtina edirsə, bunu əri ilə razılaşaraq etməlidir.

Sosioloqun sözlərinə görə, bu gün hamiləlikdən qorunmaq üçün kifayət qədər çox seçim var: 

Bunların hamısı bədənə müdaxilə sayılır və müəyyən müddət hamiləlikdən qoruyur.Amma boruların bağladılması kimi tibbi müdaxilə geri dönülməsi mümkün olmayan prosedurdur. Odur ki, əgər birdəfəlik qərar verirlərsə, tərəflər hər ikisi də bu qərarda razı olmalıdır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top