Azərbaycan klubu Portuqaliyadan futbolçu transfer etmək istəyir

İDMAN 01 iyul 2025, 16:20
"Turan Tovuz" yeni oyunçu axtarışlarını davam etdirir.

Ötən mövsüm uğursuzluğa düçar olan, böyük büdcə ilə yola çıxmasına rəğmən avrokuboklar xəyalını gerçəkləşdirə bilməyən klub öz nümayəndəsini Portuqaliyaya göndərib.

İdman direktoru Səməd Nəsibov sözügedən ölkədə olub, yerli həmkarları ilə görüşüb.

Təcrübəli funksioner rəhbərlik tərəfindən transferini istədiyi oyunçularla bağlı danışıqlar aparıb.

"Turan"ın heyətinə qatmaq istədiyi əcnəbilərdən ikisi yarımmüdafiəçi, digəri isə hücumçudur.

Qərb bölgəsinin təmsilçisi ötən günlərdə Rumıniyadan David Oliveyra Tavareşi (son klubu "Buzau") Azərbaycana gətirib.

Gedənlərlərin sayı isə 9-dur. İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyev yola salınıb.(sportinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top