Fransa radioaktiv tullantıları Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirir?

GÜNDƏM 01 iyul 2025, 19:16
"Fransa mətbuatında yayılan məlumat nə dərəcədə dəqiqdir? Radioaktiv tullantıların daşınması, basdırılması, ultirizasiyası tamamilə başqa prosesdir. Onları konteynra yığıb, gətirib hansısa torpağa basdırmaq mümkün deyil, çünki radioaktiv tullantlılar uran elementidir və aktivdir. Onun konteyneri qurğuşundan hazırlanır ki, keçə bilməsin. Xüsusilə Şimal buzlu okeana və.s basdırılır ki, sıza bilməsin".

Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.

"Əgər sızsa, istənilən halda, xüsusilə suda daha çox yayılır. Əvvəla mənbə dəqiqləşdirilməlidir ki, Fransanın bu məlumatı düzgün yayıb-yaymadığını bilək. Ermənistanda olan tullantılar Sovet dövründən bu yana daşınmayıb. Fransanın ərazidə reaktor tikməsi və tullantılardan plotonium istehsal etməsinə dair məlumatla qarşılaşdım. Həmin maddə AES-lərdə və nüvə tədqiqatlarında mühüm element kimi istifadə olunur. Basdırılması məsələsi ilə tamamilə MAQATE-nin nəzarətində olan prosesdir. Bunu dəqiqləşdirdikdən sonra mövzu haqqında şərh vermək lazımdır".

Qeyd edək ki, "Environmental Protection First (EPF)" Koalisiyası Fransanın urantərkibli radioaktiv tullantıları Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın ərazilərə yerləşdirməsi ilə əlaqədar bəyanat yayıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top