BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

DÜNYA 01 iyul 2025, 21:40

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərək Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Demokrat.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

"Air Arabia" aviaşirkətinin Moskva-Şarja marşrutu üzrə hərəkət edən aviareysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. "Airbus A320" tipli hava gəmisinin enişi yerli vaxtla saat 19:43-də uğurla yerinə yetirilib.

Eyni zamanda, "FlyDubai" aviaşirkətinin Bakı-Dubay istiqaməti üzrə müntəzəm reysi saat 18:14-də havaya qalxdıqdan sonra geri dönməyə məcbur olub. "Boeing 737" tipli hava gəmisi yerli vaxtla saat 19:30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Qeyd edək ki, Bakı aeroportu fəaliyyətini tam ştat rejimində davam etdirir və hava gəmilərinin qəbulu ilə yanaşı, onların yerüstü xidmətlə təmin olunmasını beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top