Ukraynanın Buça rayonunda insanlığa və bəşəriyyətə qarşı törədilən cinayətdən üç il ötür. Rusiya ordusunun mülki insanlara qarşı həyata keçirdiyi qətliamın yarası dərin kök saldığından hələ də insanları göynədir.
AZƏRTAC-ın əməkdaşları Buça rayonunun eyniadlı şəhərinə və İrpen şəhərinə gedərək törədilmiş cinayətə dair yeni faktları araşdırıb, hadisə şahidlərini dindiriblər.
Buçada kütləvi insan məzarlığı
Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ilk günlərində Buça şəhərində mülki insanlar kütləvi şəkildə amansızcasına qətlə yetirilib. Şəhər kilsəsinin ərazisində ilk kütləvi insan məzarlığı salınıb. Burada 120-dən artıq amansızcasına qətlə yetirilən buçalı dəfn olunub. Onların arasında 30-dan çox qadın,10-larla uşaq var.
Ümumiyyətlə, Buça şəhərində 400-dən artıq mülki şəxs Rusiya ordusu tərəfindən amansızcasına qətlə yetirilib. Buça rayonu ərazisində isə bu rəqəm daha dəhşətlidir. Son statistik məlumatlara görə, burada 1000-dən artıq yerli sakin Rusiya ordusu tərəfindən öldürülüb.
Buçadakı qırğınlar dünya ölkələri tərəfindən Rusiya vəhşiliyinin əsas simvolu olaraq qalır. 2022-ci ilin martında şəhərin Rusiya tərəfindən işğalına dair dəhşətli görüntülər və şahidlərin ifadələri Ukraynaya qarşı təcavüzkar müharibənin tam qəddarlığını göstərir.
Buça hadisələrinin şahidi Valentina Lyubçenko AZƏRTAC-a açıqlamasında bunları söyləyib: “Səhər saat 6 idi, yatırdım, bir də eşitdim ki, pəncərəmiz döyüldü, qonşular qışqırdılar ki, müharibə başladı. Sonradan Rusiya ordusunun əsgərlərini gördük. Magistral yola çıxdıq, gördük ki, mülki insanları qırırlar. Bəziləri canlarını qurtarmaq üçün Kiyevə doğru qaçırdılar. Dəhşətli mənzərə idi. Qaçanlar arasında uşaqlar da var idi. Kilsənin yanından tanklar keçirdi, qarşılarına çıxan mülki şəxsləri güllələyirdilər”.
Öldürülmüş insanlara məxsus avtomobillərin yığıldığı “qəbiristanlıq”
Buça şəhərindən sonra eyniadlı rayonun İrpen şəhərində də insanlığa qarşı qətliam törədilib.
İrpendə hazırda “avtomobil qəbiristanlığı” mövcuddur. Oradakı avtomobillər yol qəzaları zamanı yararsız hala düşən nəqliyyat vasitələri deyil. Bunlar Rusiya ordusunun İrpendə qətlə yetirdiyi günahsız insanlara məxsusdur. Bu avtomobillər arasında bir dənə də olsun, hərbi maşın yoxdur. Hamısı irpenlilərin şəxsi avtomobilləridir.
Onu da qeyd edək ki, Rusiya ordusunun İrpendə həyata keçirdiyi vəhşiliklər nəticəsində 50-dən çox mülki şəxs həlak olub, 200-dən çox insan xəsarət alıb.
Əslən rusiyalıyam, ancaq onların törətdikləri cinayətlərdən şoka düşmüşəm
İrpendə evlərindən didərgin düşən, əzizlərini itirən xeyli sayda insan var. Onlar vaqonlarda yaşamağa məhkumdurlar.
İrpendə məskunlaşan Yevgeniya Qapçenko AZƏRTAC-a belə danışıb: “Mən Donetsk vilayətinin Pokrovsk şəhərindənəm. Əslən rusiyalıyam. İndi isə onların etdiklərinə baxıb, şokdayam, nə etdiklərini və niyə etdiklərini anlamıram. Onların sərvəti, torpaqları var, öz həyatlarını istədikləri kimi qurublar. İndi Ukrayna sizin nəyinizə lazımdır? Ukrayna NATO-ya, Amerikaya doğru gedir. Bunun Rusiyaya heç bir aidiyyəti olmamalıdır. Ukraynanın öz, Rusiyanın isə öz həyatı var. Gedin öz həyatınızla məşğul olun. Bizim uşaqlarımızı, nəvələrimizi, ərlərimizi öldürməyin. Rusiya kimi varlı dövlət Ukraynanın torpaqlarına girəndə, şoka düşdüm, inanmaq istəmirdim”.
Təəssüf ki, Rusiya ordusu Buçada başlayan insanlığa qarşı cinayətləri Ukraynanın bir çox şəhər və kəndlərində də həyata keçirib. Proses bu gün də davam etməkdədir.